• $
  • £

Britaniya kəşfiyyatı: Rusiya Belarusda ballistik raket yerləşdirə bilər

Britaniya kəşfiyyatı: Rusiya Belarusda ballistik raket yerləşdirə bilər
01.11.2022 20:00
Rusiya Belarusun Maçulişçi aerodromunda MiQ-31K qırıcılarını və "Kinjal” hipersəs raket sistemini yerləşdirə bilər. Bu barədə Britaniya Müdafiə Nazirliyi gündəlik icmalında yazır.


Qırıcı təyyarələr oktyabrın 17-də peykdən çəkilmiş görüntülərdə görünüb. İddia edilən təyyarənin yaxınlığındakı qoruyucu torpaq bəndində böyük konteyner saxlanılıb. Mütəxəssislərin fikrincə bu, "İsgəndər" ballistik raketinə əsaslanan havadan buraxılan ballistik raket sistemidir. Böyük Britaniyanın Müdafiə Nazirliyi yazır ki, MiQ-31K belə sursat daşımaq üçün uyğunlaşdırılıb.


Rusiya Kinjaldan 2018-ci ildən istifadə edir və hazırkı Ukrayna müharibəsi zamanı buraxılışlar həyata keçirib, lakin bu kompleks Belarusda əvvəllər istifadə olunmayıb.
 
Ekspertlər yazır ki, bu yerləşdirmə Ukraynada yeni hədəfləri vurmağa imkan verir. Lakin çox güman ki, Rusiya bu silahları "Qərbə siqnal göndərmək və Belarusu getdikcə daha çox müharibəyə cəlb olunmuş kimi təqdim etmək” üçün yerləşdirib.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol