• $
  • £

Rusiya generalları Ukraynada nüvə silahından istifadəni müzakirə edib - ABŞ kəşfiyyatı

Rusiya generalları Ukraynada nüvə silahından istifadəni müzakirə edib - ABŞ kəşfiyyatı
02.11.2022 17:59
Rus komandirləri Rusiyanın Ukraynada taktiki nüvə silahından necə və nə vaxt istifadə edə biləcəyini müzakirə ediblər. Bu barədə  New York Times-a ABŞ kəşfiyyatında olan mənbələr məlumat verib. 
 
Qəzetin yazdığına görə, Vladimir Putin belə söhbətlərdə iştirak etməyib, lakin bu məsələnin müzakirə olunmasının özü Ağ Evi narahat edir. Belə ki, bu, birbaşa rus generallarının Ukraynadakı ordusunun uğursuzluqları fonunda necə çaşqın vəziyyətdə olduğunu göstərir.
 
Nüvə silahından istifadə mövzusunun Rusiya hərbçiləri arasında gündəmə gəlməsi faktı ABŞ kəşfiyyatı tərəfindən oktyabrın ortalarında ABŞ hakimiyyətinə bildirilmişdi. Eyni zamanda, xüsusi xidmət orqanlarında qeyd edirlər ki, bu mərhələdə silahların çıxarılması və ya digər zərbə hazırlığı əlamətləri yoxdur. Bunu çərşənbə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.
 
Pentaqon hesab edir ki, Rusiyanın sərəncamında 2000-ə yaxın taktiki nüvə başlığı var.
 
Ekspertlərin fikrincə, Amerika kəşfiyyatının Rusiya hərbi elitasının əhval-ruhiyyəsi ilə bağlı məlumatları diqqətə layiqdir.
 
Bir tərəfdən, onlar deyirlər ki, əvvəlcədən hazırlıq olmadan taktiki nüvə zərbəsi endirilə bilməz. Qərbin xüsusi xidmət orqanlarının mütləq fərqinə varacaq bir sıra addımlar atmaq lazımdır.
 
Lakin digər tərəfdən, aşkarlama və xəbərdarlıq sistemləri mükəmməl deyil və kəşfiyyatın gözlənilən zərbə haqqında öz hökumətlərini nə qədər qabaqcadan məlumatlandıra biləcəyini proqnozlaşdırmaq mümkün deyil.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol