• $
  • £

Azərbaycanda “iPhone” almaq üçün neçə gün işləmək lazımdır?

Azərbaycanda “iPhone” almaq üçün neçə gün işləmək lazımdır?
05.11.2022 12:27
"Picodi” ekspertləri növbəti "iPhone indeksi 2022”ni dərc ediblər. Onlar "iPhone 14 Pro(128Gb)” smartfonunun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əmək haqqını müqayisə ediblər.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O bildirib ki, adı çəkilən qurumun statistikasına görə Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib. Bu müqayisəyə görə orta statistik azərbaycanlı "iPhone” almaq üçün 83 gün işləməlidir.

"Ən yaxşı vəziyyət İsveçrədədir. Burada 4-5 gün işləmək kifayətdir ki, bir "iPhone” alasan. Bu indeksə görə orta statistik amerikalı bir "iPhone” üçün 5-6 gün sərf etməlidir”.

Keçmiş sovetlər birliyi ölkələrində ən yaxşı vəziyyət Estoniyadadır, bu ölkədə 21 gün işləyib bir "iPhone” almaq olar.

Qurumun ekspertləri "iPhone” indeksini hazırlayarkən bu telefonun mağazalardakı rəsmi satış qiymətlərini və statistika qurumlarından əldə olunan aylıq orta əmək haqqı göstəricilərini müqayisə edirlər. 2018-ci ildən başlayaraq belə indeks dərc olunur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol