Ukraynalı sərhədçilər əsirlikdən azad edildi
Ukrayna da 19 sərhədçi Rusiya əsirliyindən azad edilib.
Bu barədə UNIAN xəbər verir ki, onlar öncə tibbi müayinə və reabilitasiyadan keçəcəklər.
"Rusiya əsirliyində olan uzun aylar arxada qalıb. 19 sərhədçi vətənə qayıdıb. Sonra onlar tibbi müayinə və reabilitasiyadan keçəcəklər. Amma əsas odur ki, onlar sağdırlar və evdədirlər", - bildirilib.
Bundan əvvəl Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk əsirlikdə olan hərbçilərin sayını açıqlayıb.
Bildirilib ki, hazırda 2 minə yaxın ukraynalı əsgər əsirlikdədir.
"Hərbi əsirlərə gəlincə, həqiqətən də bizim reyestrimizdə çoxlu sayda hərbi əsirimiz var. Amma deməliyəm ki, Rusiya onların hamısını təsdiq etmir. Bu günə kimi 2 minə yaxın əsirimiz var” , - İrina Vereşçuk bildirib.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox