• $
  • £

Baydendən Trampın yenidən prezident olmaq istəyinə REAKSIYA

Baydendən Trampın yenidən prezident olmaq istəyinə REAKSIYA
16.11.2022 20:30
ABŞ lideri Co Bayden Donald Trampın 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətinə reaksiya verib.

Bayden Tvitter-də sələfinin "nailiyyətlərini" xatırladan qısa video yayımlayıb.

Trampın sadalanan "nailiyyətləri” arasında iqtisadiyyatı zənginlərə yönəltmək, rekord işsizlik, səhiyyə sisteminə hücum, ekstremistlərlə flört etmək, qadınların hüquqlarına zərbə vurmaq və s. qeyd edilib

Bayden videonun altına "Donald Tramp Amerikanı məğlub etdi" yazıb.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqladığı barədə məlumat yayılıb. Onun köməkçiləri seçkilərdə iştirak üçün rəsmi ərizə veriblər.
 
''Amerikanın qayıdışı indi başlayır!'', - Tramp Floridadakı iqamətgahının qarşısında toplaşan tərəfdarlarına müraciət edərək deyib.
 
Tramp eyni zamanda, ABŞ-ın hazırkı prezidenti Baydeni Ukrayna münaqişəsinin öhdəsindən gələ bilmədiyi üçün ölkəsini nüvə müharibəsi astanasına gətirdiyinə görə tənqid edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazından keçən tankerə zərbə endirilib
Dünya 13:46
Hörmüz boğazından keçən tankerə zərbə endirilib


Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Dünya 13:02
Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Meloni ABŞ-yə səfərdən imtina edib
Dünya 12:09
Meloni ABŞ-yə səfərdən imtina edib


İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Dünya 11:35
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb


ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq
Dünya 11:15
ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol