• $
  • £

Ərdoğan - 4 ayda 500-ə yaxın gəmi 11 milyon tondan çox taxıl tədarük edib

Ərdoğan -  4 ayda 500-ə yaxın gəmi 11 milyon tondan çox taxıl tədarük edib
17.11.2022 14:29
4 ay ərzində 500-ə yaxın gəmi 11 milyon tondan çox taxıl tədarük edib. Bu barədə Türkiyə lideri öz Tvitter səhifəsində yazıb.

"Son dörd ayda 500-ə yaxın gəmidə ehtiyacı olanlara 11 milyon tondan çox taxıl və ərzaq çatdırılması sazişin dünyada ərzaq və təhlükəsizlik baxımından nə qədər vacib və faydalı olduğunu göstərdi”, o yazıb.

Bundan əvvəl Ərdoğan taxıl müqaviləsinin 120 gün uzadılmasını təsdiqləyib. Onun sözlərinə görə, taxılın Qara dəniz dəhlizi ilə daşınmasına dair saziş 2022-ci il noyabrın 19-dan uzadılacaq.

Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov taxıl müqaviləsinin 120 gün müddətinə uzadılacağını bildirmişdi. Bu məlumatı Ukrayna prezidenti Vladimir Zelenski də təsdiqləyib.

İyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri Rusiya məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında sazişlər imzalayıblar. Razılaşma Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazından keçən tankerə zərbə endirilib
Dünya 13:46
Hörmüz boğazından keçən tankerə zərbə endirilib


Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Dünya 13:02
Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Meloni ABŞ-yə səfərdən imtina edib
Dünya 12:09
Meloni ABŞ-yə səfərdən imtina edib


İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Dünya 11:35
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb


ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq
Dünya 11:15
ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol