• $ 1.7
  • € 1.771
  • ₽ 1.9004
  • ₺ 0.0465
  • £ 2.1424

Hökumət hara nə qədər xərcləyəcəyini proqnozlaşdıra bilmir - millət vəkili - VİDEO

Hökumət hara nə qədər xərcləyəcəyini proqnozlaşdıra bilmir -  millət vəkili - VİDEO
17.11.2022 15:48
Hökumət hara nə qədər xərcləyəcəyini proqnozlaşdıra bilmir. Bunu millət vəkili Qüdrət Həsənquliyev bildirib. 
 
"2022-ci ildə 99 layihə üzrə 287, 1 milyon məbləğində maliyyələşmə, ümumiyyətlə açılmayıb. Burada büdcə qalığı 4 milyarda çatır. Bu da onu göstərir ki, büdcə əvvəlcədən proqnozlaşdırıla bilmir”, - Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirlən plenar iclasında 2023-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı bildirib. 
 
Millət vəkili qeyd edib ki, büdcə sistemi qanununun 12.1.4 maddəsinə görə  dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların siyahısı ayrıca sənəd formasında Milli Məclisə  təqdim olunmalı olsa da, bu yerinə yetirilmir. O cümlədən, investisiya layihələrinin sahələr və istiqamətlər üzrə ümumi məbləğini özündə əks etdirən investisiya proqramlarının layihəsində də xərclərin  istiqamətlər üzrə bölgüsü açıqlanmır.
 
Qüdrət Həsənquliyevin sözlərinə görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramı təsdiq olunub. Orada da kimin hansı müddətdə nə kimi  işlər görəcəyi öz əksini tapıb. Görülmüş və görüləcək işlər barədə məlumat verilir. Amma o işlərə nə qədər vəsait sərf olunacağı qeyd olunmur.

"Bunun üçün büdcənin gəlirlərini hesablamaq barədə düşünmək lazımdır. Azərbaycanın büdcəsinin gəlirləri 30 milyard 720 milyon manatdır. Hesab edirəm ki, bu çox azdır. Bunun 11 milyarddan çoxu Neft Fondundan transfertdi. Gəlirlərin 53%-i isə neft sektorunun payına düşür”, - Həsənquliyev vurğulayıb.
 
Qüdrət Həsənquliyev qeyd edib ki, büdcə layihəsində vergi və rüsumların ödənilməsi ilə bağlı həddindən artıq güzəşt nəzərdə tutulub.  Bu güzəştlər elektromobilərə deyil uşaq geyimləri və qidalarına edilməlidir. 
 

 
Lida Abbaslı
Aytac Zeynalova
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
 Səyavuş Novruzov Azərbaycanda bahalı kreditlərdən danışıb - VİDEO
İqtisadiyyat 17:40
Səyavuş Novruzov Azərbaycanda bahalı kreditlərdən danışıb - VİDEO
Hökumət hara nə qədər xərcləyəcəyini proqnozlaşdıra bilmir -  millət vəkili - VİDEO
İqtisadiyyat 15:48
Hökumət hara nə qədər xərcləyəcəyini proqnozlaşdıra bilmir - millət vəkili - VİDEO
Azərbaycanda ÜDM 13 milyard manat azalacaq - Tahir Kərimli - VİDEO
İqtisadiyyat 15:39
Azərbaycanda ÜDM 13 milyard manat azalacaq - Tahir Kərimli - VİDEO
Ağdam şəhərində tikinti-quruculuq işlərinə start verildi - VİDEO
İqtisadiyyat 18:18
Ağdam şəhərində tikinti-quruculuq işlərinə start verildi - VİDEO
İqtisadiyyat 12:19
"Mart getdi, dərdlə bərabər pul da getdi?" - VİDEO SORĞU
Bu məhsullar ucuzlaşacaq - VİDEO
İqtisadiyyat 10:17
Bu məhsullar ucuzlaşacaq - VİDEO
Əmanətlərini ala bilməyən bank müştəriləri etiraz aksiyası keçirib - VİDEO
İqtisadiyyat 17:07
Əmanətlərini ala bilməyən bank müştəriləri etiraz aksiyası keçirib - VİDEO
İqtisadiyyat 07:28
"Mərkəzi Bank sahibkarların işini iflic edib" - iş adamı Cavid Qara- VİDEO
Koronavirus kafe sahiblərini müflis etdi. Onlar dövlətdən kömək gözləyirlər - VİDEO
İqtisadiyyat 03:12
Koronavirus kafe sahiblərini müflis etdi. Onlar dövlətdən kömək gözləyirlər - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol