• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhsullar ucuzlaşacaq - VİDEO

Bu məhsullar ucuzlaşacaq - VİDEO
25.03.2021 10:17
Lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və ölkəmizə daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər.


Türkiyənin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsinin 7.22 lirədən 8.34 lirəyə yüksəlməsi Azərbaycan bazarına ilkin mərhələdə müsbət təsir edəcək.


İqtisadçı-ekspertlərin fikrincə, lirənin dalğalanmasından asılı olaraq bazara necə təsir edəcəyi yaxın vaxtlarda bilinəcək. Bundan əvvəl də Türkiyə lirəsi ucuzlaşdıqda bənzər mənzərə müşahidə edilib. Hazırda isə Türkiyə istehsalçıları məhsullarını əvvəlki qiymətə satışa təqdim etdiyindən idxal səmərələdir.


İqtisadçı ekspert Ruslan Atakişiyevin sözlərinə görə, manatın məzənnəsinin dəyişməz olaraq qalması və lirənin dollara nisbətən 14 faiz  ucuzlaşması ilkin mərhələdə tələbi artıra bilər. Baş verən hadisələrdən sonra lirənin  Azərbaycan manatı qarşısında da ciddi dəyər itirməsi  Türkiyədən gətirilən məhsulların  bir müddətdən sonra Azərbaycanda ucuzlaşmasına gətirib çıxarmalıdır. Məzənnə sabitləşdikdə isə sahibkarlar xərclərinə uyğun olaraq qiymət tənzimlənməsi həyata keçirəcəklər.


Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, Türkiyədən Azərbaycana əsasən ərzaq və geyim məhsulları, müxtəlif texnika vasitələri, müdafiə və aviasiya sənayesi məhsulları, iri ev quşları, iri heyvanlar və məişət məhsulları idxal edilir.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol