• $
  • £

Yasamal rayonunda YAP-ın 30 illiyi qeyd edilib

Yasamal rayonunda YAP-ın 30 illiyi qeyd edilib
16.11.2022 16:36
Yasamal rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə təntənəli tədbir keçirib. Tədbirdə dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı mövzusunda məruzə ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev partiyanın yaranma tarixindən, 30 il ərzində şərəfli və məsuliyyətli yolun qət edildiyindən, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırdı.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, Vətən Müharibəsi şəhidlərinin yaxınları Əli Nur, Rəhilə Mustafayeva və Vəli Əliyev YAP-ın keçdiyi tarixi yol və Vətən Müharibəsinin tariximizdəki rolundan bəhs etdilər.

Tədbirdə yekun nitqi ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öz çıxışına Ulu Öndər Heydər Əliyevin ”Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” kəlamı ilə başladı. Ötən əsrin 90-cı illərin əvvəlində  ölkədəki xaos və anarxiyanı xatırladan İcra başçısı böyük səylər nəticəsində Ulu Öndərin müstəqilliyimizi qoruduğunu xatırlatdı.

Qeyd olundu ki, cənab Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək 44 günə Qarabağı azad etdi. Bu gün Qarabağda böyük miqyaslı tikinti və quruculuq işləri görülür.Cənab Prezidentin ən yaxın silahdaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti sahəsində son iki ildə azad edilmiş torpaqlarımızda böyük işlər görülüb və tarixi-memarlıq abidələrimiz bərpa edilir.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına fəxri fərman, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edildi. Tədbir bədii hissə ilə yekunlaşdı.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:11
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 21:34
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Cəmiyyət 20:13
Bakıda iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolaqları yaradılıb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:28
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb - Yenilənib
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 18:44
Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 18:35
Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
Cəmiyyət 18:03
Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
Cəmiyyət 18:00
“Şəki yaylası”nda ölən Ucalın atası paylaşım edib
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Cəmiyyət 17:47
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol