• $
  • £

Vasif Talıbovun yeznəsi saxlanılıb - İDDİA

Vasif Talıbovun yeznəsi saxlanılıb - İDDİA
24.11.2022 10:43
Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində komitənin sədr müavini Səbuhi Novruzovun saxlanılması iddia olunur. Bu barədə "Gündəlik Naxçıvan" səhifəsində məlumat paylaşılıb. 
 
Naxçıvan Gömrük Komitəsindəki mənbənin "Gündəlik Naxçıvan"a bildirdiyinə görə, yoxlamalar dünəndən başlanıb.

"Yoxlamalar davam edir. Dünəndən işçilərini hamısını yığıblar Gömrük komitəsinə, onların bəziləri ilə əlaqə saxlamaq mümkün deyil. Nə baş verdiyini, kimin hbs olduğunu da açıqlamırlar. Yaxın admlardan alığım məlumata görə, artıq 10-a qədər adam həbs olunub. Onların arasında komitə sədrinin və müavinin olduğu da deyilir. Əməliyyata Bakıdan gələn yüksək vəzifəli 5 nəfər DTX işçisi aparır. Onlar heç kimə etibar etmirlər. Muxtar respublikada yüksək vəzifəlilər, məmurlar arasında böyük qorxu yaranıb. Heç kim danışmaq istəmir. Onlar zəng edərkən də ehtiyatla danışırlar" - mənbə bildirib. 

Məsələ ilə bağlı, Dövlət Gömrük Komitəsinin sədr müavini, general Səbuhi Novruzov manşet.az-a açıqlama verərək məzuniyyətdə olduğunu deyib.
 
"Məncə orda elə bir problem yoxdur. Mən hal-hazırda məzuniyyətdəyəm, ümumiyyətlə Naxçıvanda deyiləm. Amma sədr yerindədir. Həmin vaxt işdə olub. Saxlanılanların olub olmadığı ilə bağlı məlumatım yoxdur", - general söyləyib.

Səbuhi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yeznəsidir. 
 
Çərşənbə axşamı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Səhhət Həbibbəylini saxlanılması barəsində mediada xəbərlər yayılıb. Səhət Həbibbəyli isə AMEA-nın sədri, akademik İsa Həbibbəylinin oğludur.
 
Səhhət Həbibbəyli Milli Məclisin deputatı İsa Həbibbəylinin oğludur. 
 
Xəbəri dəqiqləşdirmək üçün AMEA-nin prezidenti İsa Həbibbəyli ilə əlaqə yaratmaq istəsək də zənglərimizə cavab vermədi.

Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti heç bir nə təsdiq, nə inkar açıqlaması yaymayıb. 
 
Səhət Həbibbəyli 2019-cu ilin martında bu vəzifəyə təyinat alıb. 
 
 Noyabrın 1- də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edilib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl ucuzlaşıb - məzənnə
Cəmiyyət 09:09
Avro və rubl ucuzlaşıb - məzənnə
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Cəmiyyət 00:20
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Tovuza dolu düşüb
Cəmiyyət 23:11
Tovuza dolu düşüb
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Cəmiyyət 21:25
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət 17:14
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol