• $
  • £

Belarusun XİN rəhbəri qətlə yetirilib? - "Rusiyanın əli" olduğu deyilir...

Belarusun XİN rəhbəri qətlə yetirilib? -
28.11.2022 12:28
Belarusun xarici işlər naziri Vladimir Makey 64 yaşında qəflətən vəfat edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi şənbə günü məlumat yayıb.
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Makeyin ailəsinə və yaxınlarına başsağlığı verib.

Artıq Belarus mediasında Makeyin ölüm səbəbi barədə məlumat yayılıb. Onun infarktdan vəfat etdiyi iddia edilir.

Lakin hələ də Belarus rəhbərliyi, həmçinin XİN rəsmiləri diplomatın dünyasını dəyişməsi səbəbi ilə bağlı açıqlama yaymayıb. Belrusda yayımnan KİV-də, həmçinin sosial şəbəkələrdə Makeyin qətlə yetirilmiş ola biləcəyi ilə bağlı iddialar yayılıb. Makeyin ölümünün ölkə Prezidenti Aleksandr Lukaşenkoya Rusiya tərəfindən "son xəbərdarlıq” ola biləcəyi iddia edilir.

Makeyin bu gün – noyabrın 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulmuşdu. Rusiya Xarici İşlər Nazirliyi açıqlamasında onun ölümünə yas tutulduğunu bildirib və Makeyi Rusiyanın "əsl dostu” kimi xarakterizə edib.

"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi bu il noyabrın 26-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Vladimiroviç Makeyin vaxtsız vəfatı ilə əlaqədar dərin hüzn keçirir.

Vladimir Vladimiroviç Makey Rusiyanın həqiqi dostu idi, o, geniş ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafına, İttifaq dövlətinin inteqrasiya olunmuş qurulmasına, Rusiya və Belarusun qardaş xalqları arasında əlaqələrin möhkəmlənməsinə misilsiz töhfələr vermişdi”, - bəyanatda deyilir.(yeniavaz)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb

Hörmüz boğazından keçən tankerə zərbə endirilib
Dünya 13:46
Hörmüz boğazından keçən tankerə zərbə endirilib


Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Dünya 13:02
Rusiya Dövlət Dumasına seçkilərin ilkin nəticələri açıqlanıb
Meloni ABŞ-yə səfərdən imtina edib
Dünya 12:09
Meloni ABŞ-yə səfərdən imtina edib


İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Dünya 11:35
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb


ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq
Dünya 11:15
ABŞ ordusu Ukrayna istehsalı PUA-lar alacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol