• $
  • £

Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus restoran “Paşa Holdinq”in tərkibinə daxil edilib

Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus restoran “Paşa Holdinq”in tərkibinə daxil edilib
06.12.2022 14:44
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan "Günaydın” restoranı "Paşa Holdinq”in tərkibinə daxil edilib. Bu barədə məlumat Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan "Gilan Holdinq”in rəsmi veb-saytında da yer alıb.

Xətai pr., ev 51 ünvanında yerləşən "Günaydın” restoranı 2012-ci ildən fəaliyyət göstərir. Restoran Türkiyənin eyni adlı restoronlar şəbkəsinin françayzi kimi fəaliyyət göstərib. 
 
"Gilan Holdinq”ə Kəmaləddin Heydərovun oğlanları -Tale və Nicat Heydərovların rəhbərlik etdiyi bildirilir. Tale Heydərovun "Linkedin” sosial şəbəkə hesabında onun hal-hazırda "Gilan Holdinq”in İdarə heyətinin sədri olduğu qeyd olunub.

"Günaydın” restoranının adı artıq "Paşa Holdinq”ə məxsus rəsmi veb-sayta da əlavə edilib.

"Paşa Holdinq” ilə eyni hüquqi ünvanda – Neftçilər pr., 153-də qeydiyyatda olan "Bakı Boulevard Gunaydın” MMC-nin  (VÖEN – 1405381901) qanuni təmsilçisi Zafer Zencır eyni zmanda Xətai pr., ev 51 ünvanında qeydiyyatda olan "Bakı Günaydın” MMC-nin (VÖEN – 1502077621) qanuni təmsilçisidir.

Xətai pr., ev 51 ünvanında Kəmaləddin Heydərovun prezidenti olduğu Azərbaycan Taekvondo Federasiyası da yerləşir.(Yeniavaz)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl ucuzlaşıb - məzənnə
Cəmiyyət 09:09
Avro və rubl ucuzlaşıb - məzənnə
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Cəmiyyət 00:20
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Tovuza dolu düşüb
Cəmiyyət 23:11
Tovuza dolu düşüb
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Cəmiyyət 21:25
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət 17:14
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol