• $
  • £

Deputatlar Əhməd Obalı ilə görüşdülər

Deputatlar Əhməd Obalı ilə görüşdülər
06.12.2022 22:30
Sosial Tədqiqatlar Mərkəzində (STM) Güney Azərbaycan televiziyasının (GünAztv) rəhbəri Əhməd Obalı ilə Milli Məclisin deputatları arasında görüş olub.
 
Tədbirdə STM-in İdarə Heyətinin sədri Zahid Oruc, deputatlar Fazil Mustafa, Elşən Musayev, Ceyhun Məmmədov, Cavanşir Paşazadə və Ziyafət Əsgərov iştirak edib.
 
Əhməd Obalı Azərbaycan Prezidentinə, şəhidlərinə və qəhrəmanlarına, xalqımızın milli qürurunu qaytardığına görə təşəkkür edib:
 
"İllərlə arzu etdiyimiz hədəfə yaxınlaşırıq. Azərbaycan Prezidenti Güney Azərbaycandakı vətəndaşların da taleyi ilə maraqlanan Prezidentdir. Urmiya gölünün qurudulması molla rejminin siyasətinin bir hissəsidir. Bu sistemin Azərbaycan adı ilə düşmənçiliyi var. Bir əsrdir dilimiz qadağandır. Torpaqlarımız talan edilib. Urmiya gölünün qurudulması molla rejminin siyasətinin bir hissəsidir. Bu sistemin Azərbaycan adı ilə düşmənçiliyi var. Son iki ildə bizi tam məhv etmək üçün yeni qanun qəbul etdilər. Bu, fars dilini bilmək yetərliliyi ilə bağlıdır. İranda hər bir uşaq məktəbə getmək üçün fars dilini bilməlidir. Bilməyənlər özəl məktəbə göndəriləcək. O məktəblər də zəkası geri olanlar üçündür".
 
Tədbirdə çıxış edən deputat Ziyafət Əsgərov vurğulayıb ki, İran ümumiyyətlə azərbaycanlıları və güclü Azərbaycanın olmasını istəmir:
 
"Azərbaycan 30 il ərzində İranın xəyanətlərini görüb. İran ancaq Ermənistana yardım və kömək edib. Bir dəfə Azərbaycanı müdafiə etməyib".
 
Deputat Fazil Mustafa isə qeyd edib ki, Azərbaycan İranla normal qonşuluq münasibəti saxlamaqda maraqlıdır: "Amma İran buna əməl etmir. Əgər əməllərindən əl çəkərsə, yenə normal qonşuluq davam etdirilə bilər".
 
Ceyhun Məmmədov da İranda Azərbaycana qarşı aparılan təbliğatdan danışıb.
 
Sonda Zahid Oruc əlavə edib ki, Azərbaycanın qələbəsi onlarla dövləti narahat edib: "Həm də İranı narahat edir. Hazırda gedən proseslər nəticəsində İran əvvəlki İran olmayacaq".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl ucuzlaşıb - məzənnə
Cəmiyyət 09:09
Avro və rubl ucuzlaşıb - məzənnə
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Cəmiyyət 00:20
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Tovuza dolu düşüb
Cəmiyyət 23:11
Tovuza dolu düşüb
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Cəmiyyət 21:25
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət 17:14
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol