• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Ulduz Təsnifatında 44 hotel ulduz dərəcəsinə layiq görülüb - FUAD NAĞIYEV

Milli Ulduz Təsnifatında  44 hotel ulduz dərəcəsinə layiq görülüb - FUAD NAĞIYEV
07.12.2022 14:43
Milli Ulduz Təsnifatında 150 hoteldən 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülüb. Bunu dekabrın 7-də Azərbaycan Hotel Assosiasiyasının 5-ci Baş Assambleyasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
 
"Milli Ulduz Təsnifatına indiyədək 150 hotel müraciət edib, onlardan cəmi 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib”, - Fuad Nağıyev bildirib.
 
Ulduz kateqoriyası əldə etmək üçün edilən müraciətlərin çox az bir hissəsinin qoyulan tələbləri ödədiyini qeyd edən Agentlik sədri bunların içərisində çoxsaylı uyğunsuzluqlar səbəbilə təkrar auditə qalan və ya təsnifata yenidən müraciət etməli olan hotellərin çoxluq təşkil etdiyini əlavə edib.
 
Tədbirin keçirilməsində məqsədin Azərbaycan Hotel Assosiasiyasının illik hesabatlarının ictimaiyyətə açıqlanması, Milli Ulduz Təsnifatı əsasında ulduzlaşma prosesi, bu istiqamətdə görülmüş və planlaşdırılan tədbirlər, həmçinin hotel sənayesi ilə əlaqədar digər məsələlər barədə məlumatların verilməsi olduğu bildirilib.
 
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, ulduz kateqoriyasının verilməsi prosesi pandemiya ilə əlaqədar ləngisə də, hazırda, xüsusilə də yeni qanunun qüvvəyə minməsi ilə artan müraciətlər fonunda yenidən dinamik olaraq həyata keçirilir.
 
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol