• $
  • £

Azərbaycan kənardan idarəedilən 4 minatəmizləyən robot alıb

Azərbaycan kənardan idarəedilən 4 minatəmizləyən robot alıb
09.12.2022 18:30
Azərbaycan "GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot alıb.
 
Fövqəladə Hallar Nazirliyi tərəfindən alınan texnika işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.
 
Qeyd edək ki, FHN-in qüvvə və vasitələri digər aidiyyəti dövlət orqanları ilə birlikdə ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları tərəfindən 2021-ci ilin yanvar ayından etibarən Ağdam və Füzuli rayonlarında minatəmizləmə əməliyyatları aparılır.
 
Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə qısa müddət ərzində dislokasiya məntəqəsi Bərdə şəhərində olmaqla Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi yaradılıb. Hazırda hərbi hissənin ən müasir texnika və avandanlıqlarla komplektləşdirilməsi işləri sürətlə davam etdirilir.
 
Dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl ucuzlaşıb - məzənnə
Cəmiyyət 09:09
Avro və rubl ucuzlaşıb - məzənnə
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Cəmiyyət 00:20
Bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Tovuza dolu düşüb
Cəmiyyət 23:11
Tovuza dolu düşüb
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Cəmiyyət 21:25
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət 17:14
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol