ABŞ Azərbaycana ilk sanksiyanı tətbiq edib

ABŞ Dövlət Departamenti "Bandotdel” kimi tanınan Kərim Əlimərdanova sanksiya tətbiq edib. Bu, Departamentin beynəlxalq korrupsiya ilə mübarizə və insan haqları günləri münasibətilə sanksiyaya məruz qalan fərdlərin açıqlanan siyahısında qeyd olunub.
Məhdudiyyətlərə əsasən, ABŞ-da olan və ya ABŞ şəxslərinin sahibliyində və ya nəzarətində olan fiziki şəxslərin və ya qurumların bütün əmlakı və mülkiyyəti bloklanır. Həmin şəxslər və onların yaxın ailə üzvləri ümumiyyətlə Birləşmiş Ştatlara daxil olmaq hüququnu itirir.
www.anews.az
"Aktın 7031(c) maddəsinə əsasən, Dövlət Departamenti sanksiyanı, Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, Əlimərdanovu 2015 və 2016-cı illərdə insan hüquqlarının kobud şəkildə pozulmasında, məhbuslara işgəncə verilməsində iştirak etdiyinə görə təyin edir", - sənəddə deyilir.
Qlobal Maqnitski Aktına əsaslanan tədbirlərə maliyyə sanksiyaları, viza məhdudiyyətləri daxildir.
Kərim Əlimərdanovun adı Nardaran işində və gənc fəal Elgiz Qəhrəman-ın məhkəmə prosesində hallanıb.
Lida Abbaslı
www.anews.az
Son xəbərlər
Daha çox 