Nazirlər Bakıda Avropanın qaz təchizatını müzakirə edəcək

Fevralın birinci yarısında Bakıda Cənub Qaz Dəhlizi (CQD) layihəsi üzrə Məşvərət Şurasıüzvü olan ölkələrin nazirlərinin 9-cu iclası keçiriləcək. Bu barədə Anews.az məlumatlı mənbədən məumat veriib.
"Dəqiq tarix Avropa Komissiyası ilə razılaşdırılır, görüş mütləq baş tutacaq və 2023-cü il fevralın əvvəlinə təsdüf edəcək", - mənbə bildirib.
Toplantının əsas müzakirə mövzusu Cənub Qaz Dəhlizinin genişləndirilməsi olacaq.
2023-cü ilin yanvarında Bakı görüşündən ləşdirmək üçün market test keçirəcək və bu market test əsasında tələbatın 2,5 milyard kubmetr olması müəyyən edilərsə Cənub Qaz Dəhlizinin genişləndirilməsi barədə qərar şıxarılacaq.
Avropa İttifaqı Qərbi Balkan ölkələrinin Azərbaycandan qaz almasında maraqlıdır.
Hazırda 2020-ci ilin sonunda istismara buraxılan Cənub Qaz Dəhlizi ilə qaz İtaliyaya (bu il müqavilə üzrə 10 milyard kubmetr qaz gedəcək), Yunanıstana (1 milyard kubmetr) və Bolqarıstana (2022-ci ildə - 0,6 milyard kubmetr, 2023-cü ildə bu, ildə 1 milyard kubmetr) qaz verilir.
2021-ci ildə İtaliya, Yunanıstan və Bolqarıstan ümumilikdə 8,1-8,2 milyard kubmetr qaz alıbsa, 2022-ci ildə Azərbaycanın qaz ixracının yarıdan çoxu bu Avropa ölkələrinin payına düşəcək.
Lada Yevqraşina
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər