• $
  • £

Şuşa-Xankəndi yolunda aksiyada iştirak edənlərin sayı artır

Şuşa-Xankəndi yolunda aksiyada iştirak edənlərin sayı artır
15.12.2022 19:48
Hazırda Şuşa-Xankəndi yolunda etiraz aksiyaları davam edir. Aksiyada artıq 200-ə qədər ekoloq iştirak edir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova  Anews.az-a müsahibəsində bildirib ki, onların əsas tələblərindən biri işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövlət qurumlarının monitorinqini və yoxlanışlarının təşkil edilməsidir.
 
"Əsas tələb sülhməramlıların müvəqqəti olaraq yerləşdiyi ərazilərdən Azərbaycanın faydalı yataqlarının xüsusi ilə də "Qızılbulaq” qızıl yatağının və dəmirli mispolin yatağının qanunsuz şəkildə istismarının  qarşısını almaqdır. Hazırda o yatağı Fransız və Kanada  şirkətləri istismar edir. Dayanmadan təhlükəsizlik qaydalarına riayət etmədən, lazımından artıq qızıl çıxarırlar. Eyni zamanda yatağın ehtiyatının nə qədər olduğunu bilmirik. Onun üçün elə monitoriq keçirmək istədik, lakin icazə verilmədi. İkincisi rəsmi Bakının tələbi humanitar məqsədlər üçün nəzərdə tutulan yolun  təxribat və hərbi məqsədlər üçün istifadə edilməsinin qarşısının alınmasıdır. Üçüncü tələb isə aksiya zamanı yarandı, Qarabağa yerləşdirilən sülhməramlıların komandanı, general mayor Andrey Volkovun sülhməramlıların yerləşdiyi əraziyə gəlib, verilən sualları cavablandırmağını istəyirlər”-, sədr müavini vurğulayıb.
 
Məhsəti Hüseynova bildirir ki, aksiyaya 130 nəfərlə başlanılıb.
 
"Bir neçə qeyri-hökumət təşkilatı nümayəndələri artıq 4 gündür ki, Şuşa-Xankəndi yolunu bağlayıblar. Aksiyaya başlayanda 130 nəfərlə başladıq, bunlar Azərbaycanda fəaliyyət göstərən, ekologiya və insan sağlamlığı ilə bağlı tədbirlər təşkil edən qeyri-hökumət təşkilatları idi. Amma hazırda bizə fərqli-fərqli ictimaiyyətin qeyri hökumət təşkilatları qoşuldu. Əsas aktivliyi isə könüllülər göstərir. Aksiyanın üçüncü günündə artıq 200- dən çox könüllü iştirak edir,-Hüseynova əlavə edib. 
 
Hüseynova həmçinin bildirib ki,  Laçın dəhlizindən humanitar yardımlar deyil, eyni zamanda ağır maşınlarda təbii sərvətlərin İrana daşındığı müşahidə edilib.  Buna görə Xankəndi ərazisinə monitorinq keçirmək istəyi yaranıb. 
 
"Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev söyləyir ki, ermənilər iranla bərabər Azərbaycan sərvətlərini talan edirlər.
 
"Sülhməramlılar göz yumurlar, əksinə şərait yaradırlar ki, sərvətlərimiz talan olsun. Faktiki olaraq bizim yığışmağımızın səbəbi budur. Guya son qoyulub, yük maşınları ilə artıq daşınmalara son qoyulub. Bunu da deyim ki, plakatlarda yazılan şüarlarda səhvliklər var. Şüarin özü səhvdir. Rus dilində yazılan tələbləri tam çatdıra bilmirik. Bakıdan Xankəndiyə o qədər yol gəlmişik, imkan vermirlər doğru olanı çatdıraq. Aksiya zamanı Paşinyanı məsxərəyə qoyurlar, ona aid mahnılar qoşurlar, bunlar olmalı deyil. Bizim məqsədimiz tamam fərqlidir”,- Şəmsəddin Əliyev bildirib.
 
Ağdərə ərazisindəki "Qızılbulaq” qızıl yatağı ETSN ilə bağlanılan sazişə uyğun olaraq "R.V.İnvestment"in şirkəti tərəfindən istismar olunmalıdır. Nazirlik rəsmisi bildirib ki, indi həmin ərazi işğal altında olduğuna görə ETSN-də "Qızılbulaq" yatağı ilə bağlı heç bir məlumat yoxdur.
 
Ermənistan Xarici İşlər Nazirliyi dekabrın 13-də  Şuşa-Laçın yolunda son vəziyyətlə əlaqədar Azərbaycan tərəfini ittiham edib.

 Azərbaycan XİN Ermənistanın əsassız bəyanatını rədd edib.

"Ermənistan XİN-in Azərbaycan tərəfini Laçın yolunu bağlamaqda və üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdan başqa bir şey deyildir” – Azərbaycan XİN-in cavabında qeyd olunub.

Laçın yolunun bağlanması və ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialar reallığı əks etdirmir. Əlavə ediblər ki, dəhlizi azərbaycanlı etirazçılar yox, Rusiya sülhməramlıları bağlayıb. 

Dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayaraq bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki yataqlar qanunsuz istismar edilir. Həmin ərazilərdəki faydalı qazıntıların qanunsuz istismarı ekoloji fəsadlara səbəb olur və araşdırılması, ərazinin monitorinqi üçün bölgəyə ekspertlərdən ibarət qrup göndərmək istəyir.

Məsələ ilə bağlı Rusiya Sülhməramlılarının komandanlığı ilə danışıqların aparıldığı deyilsə də, əraziyə keçməklə bağlı mübahisə yaranıb. Qarabağı Ermənistana birləşdirən yeganə avtomobil yolunun fəaliyyəti dayandırılıb. 3 saatlıq danışıqlardan sonra yolun fəaliyyəti bərpa olunub.

Dekabrın 11-də Qarabağdakı separatçı rejim Rusiya sülhməramlı kontingentinin nəzarətində olan mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmaması haqda açıqlama yayıb.
 
Ermənistanın Energetika və Təbii Ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərədəki daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən məlumdur ki, daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.
 
İşğal olunmuş ərazilərin qızıl yataqları ABŞ-ın, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunduğu bildirilir. Ağdərənin Mehmana mis yatağı Türkiyəli iş adamı Mehmət Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarılır.  Araşdırmalara görə, ərazidən çıxarılan mis Almaniyadan olan iş adamlarına satılır. 2005-ci ilin martında iş adamı Mehmet Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın aldığı bildirilib.

Aytac Zeynalova
 
 
İSTİQAMƏT:5.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

www.anews.az
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol