• $
  • £

Zaxarova Paşinyanı tənqid edib

Zaxarova Paşinyanı tənqid edib
22.12.2022 16:06
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya  Zaxarova Paşinyanı Qarabağdakı rus sülhməramlıları haqqında dediyi sözlərə görə, tənqid edib.

Cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarına qarşı ittihamlarını şərh edərkən bildirib ki, Laçın yolu ətrafında vəziyyətin sabitləşdirilməsi istiqamətində işlər aparılır.

"Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirir.  Vəziyyəti sabitləşdirmək üçün tədbirlər görülür, iş gedir.",  - Zaxarova bildirib. 

Onun sözlərinə görə,

"Xatırlatmaq istərdim ki, əvvəllər də dəfələrlə münasibətlərdə kəskinləşmələr olub. Problemlər var idi və tərəflər bir-birini ittiham edirdi. Vəziyyəti sabitləşdirmək üçün hər şeyi edən Rusiya sülhməramlıları idi, buna müvəffəq oldular”, - diplomat qeyd edib.

Onun vurğuladığı kimi, "sülhməramlılarf qarşı belə münasibət qəbul olunmur”.
 
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ekoloqlarının  Laçın dəhlizini bağlanması və Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirməməsi səbəbindən Dağlıq Qarabağda son dərəcə gərgin humanitar vəziyyətin yaranmasından danışıb.

"Laçın dəhlizində  yaranmış böhran hələ də həllini tapmayıb. Azərbaycanın qeyri-qanuni blokadası nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyət son dərəcə gərgindir. Bakının hərəkətləri qanunsuzdur və beynəlxalq öhdəlikləri, xüsusən də 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını pozur”, - Paşinyan cümə axşamı hökumətin iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan dövlət başçılarının imzaladığı bəyanata əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir və Azərbaycan maneəsiz hərəkətə zəmanət verməlidir.

"Rusiya sülhməramlı missiyası Laçın dəhlizinə nəzarət üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Təbii ki, bu, Azərbaycanın hərəkətləri ilə bağlıdır, lakin bu, mənasını dəyişmir”, - Paşinyan qeyd edib.

O, həmçinin Dağlıq Qarabağ probleminin həllində beynəlxalq ictimaiyyətin fəallaşmasının vacibliyini bildirib. 

"Həmçinin Dağlıq Qarabağa və Laçın dəhlizinə BMT, ATƏT və ya ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının göndərilməsi üçün fəal işləmək lazımdır", - Paşinyan bildirib.

Bundan əlavə, o, Ermənistanın Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim etdiyini və Ermənistanın bu məzmunda saziş imzalamağa hazır olduğunu deyib. 

Azərbaycan ekoloqları Şuşa yaxınlığında etiraz aksiyası keçirir. Buna səbəb Qızılbulaq və Dəmirli neft mədnlərinin Qarabağın erməni əhalisi tərəfindən beynəlxalq ekologiya qaydalarına uyğun olmadan istismar etməsidir. 
 
Bunun qarşısını almaq üçün ekoloqlar yataqda monotorinq keçirmək istəyib. Amma Rusiya sülhməramlıları onları yatağa buraxmyınb. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol