Ermənistan Moksva görüşündən imtina edib
Rəsmi İrəvan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada keçiriləcək görüşündə iştirakdan imtina edib. Bu barədə Rusiya XİN məlumat yayıb.
Cümə axşamı Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub.
"Söhbət zamanı Rusiyanın İrəvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada sülh müqaviləsinin hazırlanması məsələsini müzakirə etmək üçün nəzərdə tutulan görüşündə iştirakdan imtina etmək qərarından təəssüfləndiyi bildirilib”, - Rusiya XİN-in bəyanatında deyilir. .
Agentlik qeyd edir ki, Bayramov və Lavrov Rusiyanın sülhməramlı kontingentinin məsuliyyət zonasında Laçın dəhlizinin bağlanması və tərəflər arasında razılaşma ilə bağlı fikir ayrılığı səbəbindən gərginləşən vəziyyəti, regionda filiz yataqlarının işlənməsi məsələsini də müzakirə ediblər.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edir ki, Lavrov Laçın dəhlizi ilə maneəsiz hərəkətin təmin edilməsinə dair üçtərəfli sazişlərə əməl olunmasının vacibliyini vurğulayıb.
N.Təbrizli
www.anews.az