• $
  • £

İrəvanın qeyri konstruktiv mövqeyi danışıqar prosesinə mane olur

İrəvanın qeyri konstruktiv mövqeyi danışıqar prosesinə mane olur
27.12.2022 16:41
İrəvanın qeyri-konstruktiv mövqeyi səbəbindən Ermənistanla münasibətlərin normallaşdırılması prosesində məhdud irəliləyiş əldə ediib. Bunu Azərbaycan xarici işər naziri Ceyhun Bayramov bidirib. 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ildə Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası üzrə danışıqlarda əldə olunan irəliləyişi məhdud hesab etdiyini qeyd edib. 

"Sülh müqaviləsi ətrafında müzakirələrə dair danışıqların birinci raundu  Cenevrədə, ikincisi - Vaşinqtonda baş tutub. Üçüncü raund Moskvada Ermənistan tərəfinin narazıığı səbəbindən  baş tutmayıb.  Ümumilikdə əldə edilən irəliləyiş  çox məhduddur, buna səbəb erməni tərəfinin qeyri-konstruktiv və qeyri-ardıcıl mövqeyidir”, - Bayramov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması, Ermənistanla sərhədlərin delimitasiyası və regionda kommunikasiyaların açılması üç fərqli prosesdir.

Eyni zamanda o vurğulayıb ki, İrəvandan tez-tez daxili auditoriyaya yönəlmiş bəyanatlar eşidilir.
 
"Ermənistan praqmatik addımlar atmalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Biz öz tərəfimizdən Ermənistanın öhdəliklərinin bir hissəsini yerinə yetirməsi üçün səylərimizi davam etdirəcəyik", - Bayramov bildirib.

Onun sözlərinə görə, uğur 2022-ci ildə Azərbaycanın Laçın şəhəri, Laçın rayonunun Zabuh və Sus kəndləri üzərində nəzarəti bərpa etməsi olub.

Eyni zamanda, bu yaşayış məntəqələrini tərk edən ermənilərin yüzlərlə evi dağıddığını vurğulayıb.

Bayramov əlavə edib ki, mina təhlükəsi ciddi problem olaraq qalır.
 
"Bu məsələ ilə bağlı sənəd və materiallar  aidiyyəti orqanlara göndərilib.
 
2020-ci ilin noyabrında 276 nəfər mina partlayışlarının qurbanı olub. 46 nəfər, o cümlədən 35 mülki şəxs həlak olub”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol