Rusiya səfiri Bolqarıstan XİN-ə çağırılıb
Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova Kremlin bolqarıstanlı araşdırmaçı jurnalist Xristo Qrozevi Rusiya federal axtarışına verdiyi barədə xəbərlərlə əlaqədar Sofiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə "Sofia Globe" məlumat yayıb.
Məlumata görə, iclas dekabrın 29-da baş tutacaq.Rusiyanın Tass agentliyi dekabrın 26-da bildirib ki, Qrozev "Rusiya Cinayət Məcəlləsinin maddəsini pozduğuna görə” Rusiya vətəndaşı tərəfindən axtarışa verilib.
"Kremlin məni hansı əsasla "axtarılanlar siyahısına” saldığı barədə heç bir fikrim yoxdur, ona görə də hazırda heç bir şərh verə bilmərəm. Onlar illərdir ki, bizim işimizdən qorxduqlarını və işimizdən uzaqlaşdırmaq üçün hər yola əl atacaqlarını açıqlayıblar” , - Qrozev Tvitter hesabında yazıb.
Lida Abbaslı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər