• $
  • £

Qərb Paşinyana KTMT-dən çıxmamağı tövsiyə edib - Erməni mətbuatı

Qərb Paşinyana KTMT-dən çıxmamağı tövsiyə edib - Erməni mətbuatı
30.12.2022 11:11
Ermənistanın baş naziri Nikol Paşinyan Cermukda səfirlərlə görüşündə etiraf edib ki, Fransa prezidenti Emmanuel Makron ona KTMT-dən çıxmamağı tövsiyə edib, çünki Fransa respublikanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə bilməz. Bu barədə "Hraparak” qəzeti yazıb. 
 
Qəzet qeyd edir ki, səfirlərlə görüş ötən həftə baş tutub.
 
"Və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts əlavə edib ki, eyni məsləhəti ABŞ-ın dövlət katibi Entoni Blinken də verib”, – qəzet yazır.
 
Paşinyan bundan əvvəl KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi ilə bağlı tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib.
 
Noyabrın 23-də KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında o bəyan edib ki, İrəvan KTMT-nin Azərbaycan tərəfdən təcavüz faktını tanımasını gözləyir.
 
"Ermənistanla Azərbaycan arasında sərhəd olmadığını deyərək, belə qiymətləndirmədən çəkinmək KTMT-nin məsuliyyət zonasının olmadığını, əgər məsuliyyət zonası yoxdursa, deməli, təşkilatın özünün də olmadığını iddia etmək deməkdir”, - Paşinyan deyib.
 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Dünya 14:45
Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol