İran bankeri istefa verib - SƏBƏB
İranın Mərkəzi Bankın başçısının istefa verib. Bu barədə İran mediasında məlumat yayılıb.
Medianın məlumatına görə, istefanın səbəbi İran pulunun dollar qarşısında sürətlə dəyər itirməsi olub.
Məlumata görə, dolların yeni rekord qiyməti, 43 min tümən həddini keçməsindən sonra İran mediası ölkənin Mərkəzi bankının başçısı Əli Salehabadinin istefa verdiyini yazıb.
O, Nazirlər Kabinetinin iclasında istefasını elan etdikdən sonra İbrahim Rəisi Məhəmməd Fərzini Mərkəzi Bankın yeni rəhbəri kimi təyin edib.
İran hökuməti milli valiyutanın ucuzlaşmasını Amerikanın İrana qarşı planlı iqtisadi müharibəsi və etiraz aksiyalarını qızışdırması ilə əlaqəli olduğunu iddia edir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər