• $
  • £

General-mayor Polad Həşimovun xatirəsi yad edilib

General-mayor Polad Həşimovun xatirəsi yad edilib
02.01.2023 12:59
Yanvarın 2-də Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri onun məzarını ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

General-mayor Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailələri ilə birgə Sumqayıt şəhərinə köçdüyündən Sumqayıt şəhər 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçilik peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Hərbi İnstituta daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib.

Taqım komandirliyindən "general-mayor” ali hərbi rütbəsinədək yüksələn Polad Həşimov, cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib.

2016-ci ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli müvafiq sərəncamına əsasən P.Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova "general-mayor" ali hərbi rütbəsi verilib.

Polad Həşimov 14 iyul 2020-ci il tarixdə Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Siyasət 00:31
Azərbaycan və Kolumbiya arasında vizasız rejim barədə saziş imzalanıb
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Siyasət 23:15
Ceyhun Bayramov iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Siyasət 23:07
Azərbaycan və Banqladeş arasında viza rejimi sadələşdirilir
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Siyasət 22:15
Azərbaycanın İrandakı səfirliyi vətəndaşlara müraciət edib
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Siyasət 21:05
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Siyasət 20:30
Ərdoğan Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib
Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib
Siyasət 18:37
Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib
Azərbaycan XİN Tsxinvalidə keçirilən qondarma “prezident seçkiləri”ni tanımadığını bildirib
Siyasət 18:30
Azərbaycan XİN Tsxinvalidə keçirilən qondarma “prezident seçkiləri”ni tanımadığını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol