• $
  • £

Zelenski Putinin atəşkəslə bağlı təklifinə münasibət bildirib

Zelenski Putinin atəşkəslə bağlı təklifinə münasibət bildirib
06.01.2023 08:49
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin atəşkəslə bağlı təklifinə münasibət bildirib. Bu barədə ötən axşam  videomüraciətdə deyib.

O bildirib ki, Ukrayna prezidenti zənn edir ki, Putin atəşkəs bəhanəsi ilə Ukraynaya və Avropaya qarşı yeni təcavüz dalğasına hazırlaşır.

Zelenski noyabrda Ukrayna sülh düsturunu təqdim edib və bunun bəndlərindən biri Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasıdır. Ukrayna prezidenti qeyd edib ki, bu, atəşkəsi dayandırmağın zəmanətli və etibarlı yoludur.

"İndi onlar Donbassda bizim oğlanların irəliləyişini bir müddət dayandırmaq, texnika, sursat və səfərbər edilmiş qoşunları mövqelərimizə yaxınlaşdırmaq üçün Miladdan pərdə kimi istifadə etmək istəyirlər. Bu yalnız itkilərin sayında növbəti artım deməkdir. Kremlin müharibəni yeni güclə davam etdirmək üçün müharibədə sükunətdən necə istifadə etdiyini hamı bilir”.

Zelenski həmçinin vurğulayıb ki, rus əsgərləri Ukraynanı tərk etdikdə və ya oradan qovulanda müharibə bitəcək.
 
Bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

Yanvarın 5-də  Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-sı saat 12:00-dan 24:00-dək Ukraynada "bütün döyüş xətti boyunca" atəşkəs rejiminin tətbiq edilməsini tapşırıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Dünya 23:50
ABŞ və İran rəsmiləri yaxın vaxtlarda yenidən görüşəcək
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Dünya 20:52
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Dünya 14:45
Ukrayna ordusunu neftlə təmin edən zavod vurulub
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
Dünya 09:46
Türkiyədə məktəb qarşısında silahlı hücum olub, 4 şagird yaralanıb
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
Dünya 09:08
CNN, MS NOW və Politico Tramp administrasiyasını məhkəməyə verib
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Dünya 23:53
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
Dünya 23:13
Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Dünya 21:48
ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Dünya 20:02
Hörmüz boğazı yaxınlığında növbəti tanker hücuma məruz qalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol