• $
  • £

Rusiya rəsmisi Ermənistanı ikili oyun oynamaqda suçlayıb

Rusiya rəsmisi Ermənistanı ikili oyun oynamaqda suçlayıb
12.01.2023 10:46
Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq  məqsədilə aparılan danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu təsdiqləyib.

"Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platformanın təmin edilməsi barədə Rusiyanın təklifi qüvvədə qalır", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı jurnakistlərin suallarına cavab verərkən bildirib. 

Ermənistanın baş naziri Nikol Paşinyanın çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Ermənistan tərəfinin Rusiyanın təklifləri əsasında sülh müqaviləsi bağlamağa hazır olması barədə bəyanatını şərh edərkən Zaxarova  bildirib ki, "rəsmi İrəvanın eyni məsələ ilə bağlı müxtəlf mövqelər nümayiş etdirdiyi şəraitdə Ermənistanın mövqeyini qiymətləndirmək çətindir". 

"Paşinyan mətbuat konfransı  zamanı i Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda Qərbin təşviq etdiyi münaqişənin hansısa "hərtərəfli həllinə” üstünlük verilməsindən danışıb", - Zaxarovanın cavabında deyib.

O xatırladıb ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin dekabrın 23-də Moskvada sülh müqaviləsi üzrə görüşü planlaşdırılıb, lakin erməni tərəfi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini ləğv edib.
 
"Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər aktual məsələlərinin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane olub", - Zaxarova bildirib.

O əlavə edib ki, müəyyən edilmiş problemlərin həlli üçün birgə işi davam etdirmək lazımdır.

"Əgər Ermənistandan olan tərəfdaşlar həqiqətən də üçtərəfli sazişlərin ən yüksək səviyyədə hərtərəfli icrasında maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə birgə işi davam etdirmək lazımdır”, - XİN nümayəndəsi bildirib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol