Laçın dəhlizi Praqa görüşündə razılaşdırılıb - Andranik Tevanyan
Laçın dəhlizi ötən il Praqada keçirilən dördtərəfli görüşün yekunlarına dair razılaşma nəticəsində bağlanıb. Bu barədə Ermənistanın deputatı Andranik Tevanyan Ermənistanda keçirilən parlamentin xarici əlaqələr komissiyasının iclasında deyib.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidə faydalı yataqların qanunsuz istismarı əleyhinə etiraz aksiyasına başlanılıb. Həmin müddətdə ermənilər azərbaycanlı ekoloqların aksiyasına etiraz olaraq iki dəfə aksiya keçirib. Onların aksiya keçirməsində əsas səbəb Laçın dəhlizinin bağlı olmasına görə ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum olmaq olub.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan tərəfini yolu açmağa çağırıb.
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər