Azərbaycan və İsrail XİN başçıları əlaqələri genişləndirmək barədə razılığa gəlib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında telefon danışığı olub. Bunu israilli nazir tviterdə yazıb.
O bildirib ki, tərəflər Azərbaycanın İsraildə səfirliyinin açılması və səfirin təyin olunması məsələlərini müzakirə ediblər.
"Mən həmkarımı səfərə dəvət etdim. Biz iki ölkə arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”, - nazir bildirib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər