Nazirdən əsgərlərin xəstəliklərdən qorunması ilə bağlı tapşırıq
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə yanvarın 14-də keçirlən xidməti müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki əməliyyat şəraiti geniş təhlil edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplantıda Azərbaycan-Ermənistan şərti sərhədindəki durum da müzakirə edilib.
Zakir Həsənov bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və baş verə biləcək istənilən təxribatın qarşısının alınmasına hər an hazır olunması barədə konkret tapşırıqlar verib.
Silahlanmada olan yeni silah və döyüş texnikasının şəxsi heyət tərəfindən öyrənilməsi, onların düzgün istismarı və effektiv tətbiqi məqsədilə mütəxəssis hazırlığına xüsusi diqqət yetirilməsinin əhəmiyyəti vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər