• $
  • £

AİHM Laçın dəhlizinin açılması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə bildiriş göndərib

AİHM Laçın dəhlizinin açılması ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə bildiriş göndərib
17.01.2023 10:06
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın Laçın dəhlizinin blokunun açılması ilə bağlı 21 dekabr 2022-ci il tarixli qərarının icrasına nəzarət etmək məqsədilə Avropa Şurası Nazirlər Komitəsinə təcili bildiriş göndərib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 

"AİHM də Azərbaycanın iddialarını tam şəkildə rədd edərək, 21 dekabr 2022-ci il tarixli qərarı qüvvədə saxlayıb. Avropa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı müvəqqəti tədbirlərlə bağlı müraciətini də rədd edib" - paylaşımda deyilir. 
 

2022-ci il dekabrın 12-də bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Laçın dəhlizini bağlayıb. Rəsmi Bakı bəyan edib ki, etiraz aksiyasının məqsədi heç bir yolu bağlamaq deyil və mülki nəqliyyat vasitələri hər iki istiqamətdə sərbəst hərəkət edə bilər.

İrəvan bunu humanitar fəlakət yaratmağa yönəlmiş təxribatı kimi qiymətləndirib. Respublikanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında bəyan edib ki,  blokadaya görə Qarabağda ərzaq qıtlığı yaranıb. Dekabrın 14-də Ermənistan Azərbaycanı Laçın dəhlizinin blokunu açmağa məcbur etmək tələbi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
 
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 10-da jurnalistlərə verdiyi müsahibədə bildirib ki, humanitar yardımların aparılmasında heç bir problem yoxdur və aksiya keçirildiyi dövr ərzində 400-dən çox sülhməramlı maşını Laçın dəhlizindən keçib. Prezident bəyan edib ki, Azərbaycan məqsədinə çatmayana qədər həmin yolda aksiya davam etdiriləcək.

Gülnar Nazimqızı  


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
Siyasət 17:26
Ceyhun Bayramov və Əraqçi telefonla danışıb
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Siyasət 16:52
İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Siyasət 12:07
Parlament Avropa Parlamenti ilə əlaqələri dayandırır
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Siyasət 11:56
Nurullayev: Avropa Parlamenti Azərbaycana qeyri-obyektiv yanaşır
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Siyasət 11:53
Bu regionda sülhə mənfi təsir göstərir - deputat
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Siyasət 11:45
Deputat: Avropa İttifaqı bizim əlehimizə 13 qatnamə qəbul edib
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
Siyasət 11:10
Avropa İttifaqının səfiri XİN-ə çağırıldı- Nota verilib
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Siyasət 18:30
İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Siyasət 18:11
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol