BP "Şahdəniz" yatağının şərq hissəsində kəşfiyyata başlayır
BP Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağında yeni "SDX-8" kəşfiyyat quyusunun qazılmasına başlayıb. Bu barədə BP-Azərbaycan məlumat yayıb.
"Quyunun qazılması 2022-ci ilin dekabrından Heydər Əliyev adına qazma qurğusundan həyata keçirilir. Quyunun dərinliyinin təqribən 7 min metr olacağı gözlənilir", - BP-Azərbaycan şirkətinin məlumatında deyilir.
Quyunun qazılması təxminən bir il çəkəcək.
"Lakin nəticələrin qiymətləndirilməsi üçün sınaq proqramı həyata keçirilərsə, bu müddət daha çox uzana bilər. Quyu yatağın şərq qanadında hazırda istismar olunan məhsuldar təbəqələrin altında yerləşən dərin horizontlar barədə informasiya almağa kömək edəcək", - məlumatda deyilir.
"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Tərəflərin müqavilədə iştirak payı hazırda aşağıdakı kimidir: bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və "Cenub Qaz" QSC Dehlizi” (6,67%).
"Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.
2022-ci ildə "Şahdəniz” yatağından 25,2 milyard kubmetr qaz (2021-ci ildən +11,5%) və 4,4 milyon ton kondensat (+4,8%) hasil edilib.
2022-ci ildə Şahdənizdən qaz ixracı 20 milyard 803,7 milyon kubmetr (+ 18,1%) təşkil edib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
13:37
“The Digital Banker” ABB-niAzərbaycanın ən yaxşı süni
intellekt əsaslı bankı seçib
İqtisadiyyat
13:18
Orta Dəhliz daşımaları üçün yeni konteyner gəmiləri 2027-ci ildə istismara verilə bilər
İqtisadiyyat
12:59
TRACECA: Orta Dəhlizdə tranzit müddətinin proqnozlaşdırılması və rəqəmsallaşma vacibdir
İqtisadiyyat
11:52
Azərbaycanın regionlarına 2025-ci ildə 10 milyard manatdan çox investisiya yatırılıb
Son xəbərlər
İqtisadiyyat
13:37
İqtisadiyyat
13:18
İqtisadiyyat
12:59
Cəmiyyət
12:42
İqtisadiyyat
11:52