Azərbaycanda neft hasilatı azalıb

2023-cü ilin yanvarında Azərbaycanda neft hasilatı ötən ilin eyni dövründəki 2,8 milyon tondan 2,7 milyon tona qədər azalıb. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz Twitter səhifəsində bildirib.
2023-cü ilin yanvarında Azərbaycanın neft ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 2,2 milyard kubmetr təşkil edib. Bu ilin ilk ayında Türkiyəyə 0,9 milyard kubmetr, Gürcüstana 0,3 milyard kubmetr, Avropaya 1 milyard kubmetr qaz ixrac edilib.
O cümlədən 2023-cü ilin yanvarında TANAP boru kəməri ilə Türkiyəyə qaz ixracı 0,5 milyard kubmetr təşkil edib.
Nazir həmçinin qeyd edib ki, 2023-cü ilin yanvarında təbii qaz hasilatı 2022-ci ilin yanvarında olan 4,1 milyard kubmetrdən 4,2 milyard kubmetrə yüksəlib. Bu ilin ilk ayında qaz ixracı 2,2 milyard kubmetr təşkil edib.
2022-ci ildə Azərbaycanda neft hasilatı 32,6 milyon ton, ixrac isə 26,3 milyon ton təşkil edib.
Azərbaycanın neft hasilatının 70%-i Böyük Britaniyanın BP şirkətinin operatorluğu altında çalışan neft şirkətləri konsorsiumu tərəfindən "Azəri-Çıraq-Günəşli” yatağından hasil edilir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər