• $
  • £

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib
18.03.2023 09:58
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda, şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində dövlət səviyyəsində qeyd olunan və xalqımızın ən əziz bayramı sayılan Novruz yazın gəlişindən, təbiətin oyanışından xəbər verir. Şərqlə Qərbin qovuşduğu Azərbaycan qədim zamanlardan müasir günümüzədək milli-mənəvi dəyərlərimizə əbədiyaşarlıq qazandıraraq Novruz ənənələrini qoruyub saxlamışdır. Xalqımız ən sərt dönəmlərdə belə Novruzun gəlişini özünəməxsus coşqu, sevinc, yüksək əhval-ruhiyyə ilə qeyd edib. Əsrlər boyu odlar yurdu Azərbaycanda Novruz ənənələrinin yaşanması xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi ən böyük qiymətin bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycanda vətəndaş həmrəyliyi əldə olunub, ölkəmiz dünya dövlətləri sırasında ən layiqli yerlərdən birini tutub. Bu gün respublikamızın iqtisadiyyatının fasiləsiz inkişafı təmin olunub, dövlətçilik ənənələri daha da möhkəmlənib. Dövlətimizin inkişafında prioritet istiqamətlərdən hesab edilən ordunun hərbi qüdrətinin gündən-günə artırılması məqsədilə atılan addımlar ölkədə həyata keçirilən islahatların əsas tərkib hissələrindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın dünyada nüfuzu daha da artaraq xalq-dövlət-ordu birliyi ən yüksək səviyyəyə çatmışdır.
Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə erməni silahlı birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatlara qarşı rəşadətli Azərbaycan Ordusu başladığı uğurlu əks-hücum əməliyyatında, 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığı, fədakarlığı sayəsində tarixi torpaqlarımızı düşmən işğalından azad etdi. Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli mövqeyi, ordumuzun gücü, peşəkarlığı parlaq Qələbəni təmin etdi, ərazi bütövlüyü bərpa olundu. Bu gün rəşadətli ordumuz işğaldan azad olunmuş ərazilərdə öz mövqelərini daha da möhkəmləndirərək genişmiqyaslı bərpa-quruculuq işlərinə layiqli töhfələrini verməkdədir.

Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm.

Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi Novruz bayramı ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.
 
Şəhid ailələri daima Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunur. Onların problemlərinin həlli istiqamətində müxtəlif layihələr icra edilir.

Vətən uğrunda şəhid olanların valideynlərini, ailələrini, sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Arzu edirəm ki, Novruz bayramı gəlişi ilə ailələrinizə firavanlıq, xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.

Bir daha hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Novruz bayramınız mübarək olsun!”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:28
Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Siyasət 13:56
ATƏT PA-nın sessiyasında Azərbaycanın Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verilib
Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik edib
Siyasət 11:26
Azərbaycan XİN Venesuelanı Milli Günü münasibətilə təbrik edib
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Siyasət 13:33
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
Prezident Trampı təbrik edib
Siyasət 10:30
Prezident Trampı təbrik edib
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Siyasət 08:44
Azərbaycan XİN ABŞ-ni təbrik edib
Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib
Siyasət 23:16
Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib
Siyasət 19:43
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib
Azərbaycan nümayəndə heyəti Tehranda Əli Xamenei ilə vida mərasimində iştirak edib - video
Siyasət 15:27
Azərbaycan nümayəndə heyəti Tehranda Əli Xamenei ilə vida mərasimində iştirak edib - video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol