Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti Qırğızıstana səfər edib.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Bişkekdəki Manas Beynəlxalq Hava Limanında Sahibə Qafarovanı və nümayəndə heyətini Qırğızıstan parlament sədrinin müavini Jıldız Taalaybek qızı, Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın bir sıra görüşlər keçirməsi və TÜRKPA-nın 15-ci plenar iclasında iştirakı nəzərdə tutulur.
Son xəbərlər
Daha çox