• $
  • £

Azərbaycanda bankların kapitalına daxilolmalar 3,9 dəfə artıb

Azərbaycanda bankların kapitalına daxilolmalar  3,9 dəfə artıb
27.03.2023 21:28
2022-ci ildə Azərbaycanda bankların nizamnamə kapitalına daxilolmalar 58,6 milyon manat təşkil edib. Bu barədə Mərkəzi BAnk məlumat verib.  

2021-ci ildə bank səhmdarları tərəfindən kredit təşkilatlarına 15 milyon manat səviyyəsində kapital qoyuluşu həyata keçirilib. Beləliklə 2022-ci ildə Azərbaycanda bankların kapitalına daxilolmalar  3,9 dəfə artıb.

Ümumilikdə, 2023-cü il yanvarın 1-nə Azərbaycanın bank sisteminin kapitalı 5 milyard 622 milyon manat qiymətləndirilir ki, bu da 2022-ci ildən 13,1% artım  deməkdir. 
 
Azərbaycanda 25 bank fəaliyyət göstərir. 
 
Azərbaycan Respublikasının bank sistemi maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankından  və kredit təşkilatlarından ibarətdir.

Bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Mərkəzi Bank bankların, filialların, şöbələrin və nümayəndəliklərin ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir.

 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol