Polşa və Rumıniya Aİ-dən Ukraynadan taxıl idxalına nəzarət mexanizmini istəyib

Polşa və Rumıniya fermerləri ucuz idxal olunan taxıl axınından qoruyacaq ticarət mexanizminin tətbiqi üçün Avropa Komissiyası ilə danışıqlar aparır. Reuters agentliyi bu barədə hər iki ölkənin baş nazirinə istinadən yazıb.
Bildirilir ki, mexanizm Ukraynadan gələn taxılın dempinq qiymətinə satışının qarşısını almaq üçün onun izlənməsini nəzərdə tutur.
Martın 23-də polşalı fermerlər Ukrayna taxılının ölkəyə axınına qarşı etiraz aksiyası keçiriblər.
Martın 24-də Avropa Komissiyası bazarda Ukrayna taxılının çox olması şəraitində fermerlərə dəstək üçün 56 milyon avro ayırıb.
Gülnar
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 