Yanvarda Azərbaycan Türkiyənin ikinci qaz ixracatçısı olub
Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurasının (EPDK) məlumatına görə, 2023-cü ilin yanvarında Azərbaycan "Şahdəniz” yatağından Türkiyəyə 881,85 milyon kubmetr qaz ixrac edib ki, bu da ötən ilin yanvarından 10,74% çoxdur.
Şuranın məlumatına görə, 2023-cü ilin yanvarında Türkiyəyə tədarük edilən bütün qazın 14,58%-i Azərbaycanın payına düşüb.
Ümumilikdə yanvarda Azərbaycan Türkiyəyə qaz ixracına görə ikinci yerdə qərarlaşıb. Birinci yerdə bütün idxalın 35,45%-ni təşkil edən Rusiya, üçüncü yerdə Əlcəzair (12,63%), dördüncü yerdə ABŞ (12,13%) durur.
Ümumilikdə yanvarda Türkiyəyə qaz ixracı 6 milyard 48,23 milyon kubmetr təşkil edib (2022-ci ilin yanvar ayı ilə müqayisədə 9,79% azalma ).
Ümumilikdə tədarüklər 12 ölkədən (Azərbaycan, Rusiya, İran - boru kəmərləri ilə), ABŞ, Belçika, Əlcəzair, Fransa, Misir, Nigeriya, Norveç, Oman və Trinidad və Tobaqodan - LNG-dən həyata keçirilib.
Türkiyə "Şahdəniz" yatağından "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazı ilə təchiz edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Mərhələ-1 - 11 milyard kubmetr təbii qazın alqı-satqısına dair yeni saziş imzalayıb.
Müqavilə 2024-cü ilin sonuna qədər (2021-2024-cü ilin dördüncü rübü) "Şahdəniz Mərhələ-1”dən hər il 3,5 milyard kubmetr qazın tədarükünü nəzərdə tutur. Müqavilə çərçivəsində iixrac 2021-ci il oktyabrın 1-dən başlayıb.
Azərbaycan 2021-ci ildə ümumilikdə "Şahdəniz” yatağından Türkiyəyə 8 milyard 820,24 milyon kubmetr qaz (azalma 22,7%) ixrac edib.
2023-cü ildə Azərbaycan qazının Türkiyəyə ixrac 10,2 milyard kubmetr səviyyəsində planlaşdırılır.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox