• $
  • £

“Azərkosmos” gəlirləri azalıb

“Azərkosmos” gəlirləri azalıb
31.03.2023 14:14
"Azərkosmos” ASC-nin  2023-cü il  yanvar-fevralda peyklərin istismarından əldə etdiyi gəlir $3,6 milyon təşkil edib. Bu da 2022-ci ilin ilk iki ayından  14,3% azdır. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat verib. 

Bu ilin yanvar-fevralında "Azərkosmos” 39 ölkəyə peyk xidməti göstərib.  Bunların arasında Böyük Britaniya ($813,3 min), Lüksemburq ($698,3 min), Fransa ($534,1 min), BƏƏ ($294,8 min) və Almaniya ($169,4 min) üstünlük təşkil edir. 

"Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80%-ni təşkil edib.

"Azərkosmos” ASC 2022-ci ildə peyklərin kommersiya istismarından $26,6 milyon  gəlir əldə. Bu 2021-ci ilin göstəricisindən 41,3% azdır.

"Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan orbitə buraxılıb.

2014-cü ilin dekabrında "Azərkosmos” və Fransanın "Airbus Defence and Space” şirkətləri  "Azersky” peykinin "Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalayıb və peyk 2014-cü ilin iyunundaa orbitə buraxılıb. Azersky  12 il orbitdə qalacaq.

"Azerspace-2” peyki 2018-ci ilin sentyabrında  Kuru kosmodromundan orbitə buraxılıb.

"Azərkosmos” ASC 2010-cu ildə yaradılıb və Azərbaycana məxsus peyklərin idarə edilməsi ilə məşğuldur. 
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Temperatures in Baku to reach 35C on July 3
İqtisadiyyat 15:30
Temperatures in Baku to reach 35C on July 3
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol