• $
  • £

BP artıq Qarabağda işə başlayıb

BP artıq  Qarabağda işə başlayıb
03.04.2023 15:14
BP şirkəti artıq Azərbaycanın azad edilmiş ərazisində "Şəfəq" elektrik stansiyasının tikintisi öncəsi işlərlə tanış olmaq üçün əraziyə gəlib.  Bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bazar ertəsi jurnalistlərə bildirib. 
 
"Qarabağda enerji sahəsində artıq bp ilə əməkdaşlıq qurulub. bp-dən olan həmkarlar ərazinin dörd metrədək dərinlikdə minalardan təmizlənməsini tələb edirlər ki, bu da minatəmizləmə prosesini ləngidir və qəlizləşdirir. Lakin proses davam edir, bp əməkdaşları artıq əraziyə səfər edərək cari işlərlə tanış olublar", - Soltanov bildirib.
 
2021-ci il iyunun 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi  üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.  
 
"Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd "Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir. 
 
Zinyət Mehtiyeva

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Temperatures in Baku to reach 35C on July 3
İqtisadiyyat 15:30
Temperatures in Baku to reach 35C on July 3
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol