• $
  • £

İrandan gətirilən 446 tondan artıq kividə zərərli maddə aşkarlandı

İrandan gətirilən 446 tondan artıq kividə zərərli maddə aşkarlandı
05.04.2023 18:48
İrandan idxal edilən 446 tondan artıq kivi məhsulunda uyğunsuzluq aşkarlanıb.

Bu barədə  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

Agentlik əməkdaşlarının həyata keçirdiyi yoxlama-nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən kivi məhsulu partiyalarına fitosanitar baxış zamanı məhsullardan götürülən nümunələr Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq protokolları nəticəsində, ümumilikdə İran İslam Respublikasından idxal olunmuş kivi məhsullarının 26 partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edilib. Adıçəkilən partiyalardan 25-də tut qalxanlı yastıcası, 1-də isə Yaponiya yalançı çanaqlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanan məhsulların ümumi miqdarı 446.4 ton olmuşdur ki, bu da 2023-cü ildə ölkəyə idxal edilən (2309 ton) kivi məhsulunun 19 %-ni təşkil edir.
 
Sözügedən sitrus meyvələrində aşkarlanmış uyğunsuzluqlar barədə İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına Agentlik tərəfindən 26 bildiriş (notifikasiya) göndərilib.

Bir sıra sitrus meyvələrində (o cümlədən portağal), həmçinin digər bitkiçilik məhsullarında (kartof) olduğu kimi kivi məhsullarının İrandan idxalında da aşkarlanmış uyğunsuzluqlar daha da intensivləşib, – AQTA-nın məlumatında bildirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Temperatures in Baku to reach 35C on July 3
İqtisadiyyat 15:30
Temperatures in Baku to reach 35C on July 3
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol