Azərbaycan neftinin qiyməti 88 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,36 ABŞ dolları, yaxud 0,41 % artaraq 88,06 ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, "Brent” markalı neftin iyun fyuçersləri isə 84,99 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
www.anews.az