• $
  • £

İranda son 65 gündə 138 məhkum edam olunub

İranda son 65 gündə 138 məhkum edam olunub
06.04.2023 16:41
İranda son 2,5 ayda 138 nəfər barəsində çıxarılan edam hökmü icra olunub. Bu barədə İranın İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bu son illər ərzində İranda həyata keçirilən ən çoxsaylı edamdır. 

Onların 88-i barədə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün ölüm hökmü çıxarılıb.

Martın 10-dan 24-dək İran həbsxanalarında 29 məhbus edam olunub. Təşkilat edam hökmlərinin icrasının sayının artmasını tənqid edib.

2020, 2021, 2022-ci illər martın 1-dən 15-dək olan dövrdə uyğun olaraq 67, 72 və 94 məhkum barəsində çıxarılan edam hökmü icra olunub.

"Narkotiklərlə bağlı edamların sayının kəskin artması bu istiqamətdə qanuna edilən düzəlişin nəticəsiz olmasının göstəricisidir”,  - təşkilatın rəhbəri Məhəmməd Əmiri Müqəddam bildirib.

Məlumata görə, İranın Şiraz və İsfahan şəhərlərinin həbsxanalarında ötən gün beş məhkum barəsində çıxarılan ölüm hökmü icra olunub.
 
Zinyət Mehtiyeva


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol