Livandan İsrailə 30 raket atılıb
Livan ərazisindən İsrailin şimal və qərb Qalileyanın sərhəd yaşayış məntəqələrini hədəf alan 30 raket atılıb. Bu barədə İsrail mediası məlumat yayıb.
KAN radiostansiyasının məlumatına görə, bir nəfər raketin parçaları ilə yaralanıb, bir nəfər isə bomba sığınacağına girmək istəyərkən yaralanıb.
Yerli hakimiyyət insanları küçələri tərk edərək bomba sığınacaqlarına enməyə çağırıb.
Ynet portalının məlumatına görə, İsrail raket buraxılışlarına cavab olaraq Livan ərazisini artilleriya atəşi ilə cavablandırıb.
İsrailin baş naziri Benyamin Netanyahu hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə operativ iclas keçirib. İsrail mediasında ölkənin silahlı qüvvələrinin Livan ərazisinə cavab atəşi açması ilə bağlı xəbərlər dərc olunub.
2021-ci ilin avqustundan bəri Livandan belə intensiv raket hücumları olmayıb.
2021-ci ilin avqustundan bəri Livandan belə intensiv raket hücumları olmayıb.
Zinyət
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox