• $
  • £

Ölkəmiz ABŞ-də robototexnika yarışında təmsil olunacaq

Ölkəmiz ABŞ-də robototexnika yarışında təmsil olunacaq
06.04.2023 17:56
Azercell-in dəstəyi ilə məktəblilərimiz ilk dəfə NASA-nın dünya səviyyəli müsabiqəsinə qatılır!

Dünyaca məşhur "FIRST Robotics Competition” (FRC) müsabiqəsində bu il ilk dəfə olaraq Azərbaycan da iştirak edir. NASA ("Milli Aeronavtika və Kosmos İdarəsi") təşkilatının ABŞ-də keçirdiyi bu yarışda ölkəmizi 14-18 yaş arasında olan 22 gənc MeckHack #9030 komandası adı altında təmsil edir. Yarışmaya Azercell-in dəstəyi və "Train Brain” şirkətinin təşkilatçılığı ilə qatılan komanda iştirakçıları bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim edəcək. Azərbaycanı MeckHack #9030 adı altında təmsil edən iştirakçılarımız dünyanın müxtəlif ölkələrindən yarışa qatılmış 48 komanda ilə mübarizə aparacaq. Müsabiqənin nəticələri aprel ayının 9-da baş tutacaq final mərhələsindən sonra açıqlanacaq.

Qeyd edək ki, "FIRST Robotics Competition” orta məktəb şagirdləri arasında keçirilən beynəlxalq robototexnika yarışmasıdır. Müsabiqədə iştirakçılardan  ciddi qaydalar, məhdud vaxt və resurslar çərçivəsində  robototexnika proqramları vasitəsilə komanda brendinin  yaradılması, sənaye ölçülü robotların qurulması və proqramlaşdırılması tələb olunur. Hər il orta məktəb tələbələri, məşqçilər və mentorlardan ibarət komandalar müəyyən müddət ərzində robotlar hazırlamaq üçün işləyirlər. 

Azercell gələcəyin elm insanları və mühəndisləri üçün lazım olan tənqidi düşüncə, qeyri-standart üsullarla problemlərin həll olunması, bununla yanaşı, komanda işi kimi vacib bacarıqları inkişaf etdirən yarışmada Azərbaycanın gənc robototexniklərinə uğurlar arzu edir!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Temperatures in Baku to reach 35C on July 3
İqtisadiyyat 15:30
Temperatures in Baku to reach 35C on July 3
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol