• $
  • £

PAŞA Bank gənclər üçün növbəti öyrənmə marafonu təşkil edir

PAŞA Bank gənclər üçün növbəti öyrənmə marafonu təşkil edir
06.04.2023 18:23
Ölkənin aparıcı korporativ maliyyə instutu olan PAŞA Bank,gənclərin peşəkar inkişafını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir.

Bank, kompüter elmləri və proqramlaşdırma sahəsi üzrə ixtisaslaşmış ali məktəb məzunları və son kurs tələbələri üçün DevZone öyrənmə marafonunu keçirməyi planlayır. Bu marafon çərçivəsində iki ay müddətində back-end proqramlaşdırma üzrə təlimlərin və mentorluq sessiyalarının təşkil olunması nəzərdə tutulur.

DevZone öyrənmə marafonuna seçimlər iki hissədən ibarət olacaq. İştirakçılardan ilk mərhələdə Hackerrank platformasında verilən tapşırıqları həll etmək tələb ediləcək. Bu mərhələdə ən yüksək nəticə göstərmiş ilk 50 iştirakçı növbəti mərhələ olan müsahibə mərhələsinə keçid alacaq.

PAŞA Bankın yüksək ixtisaslı peşəkarları tərəfindən keçirilən təlimlərdə iştirak etmək, onların zəngin təcrübəsindən bəhrələnmək istəyirsinizsə, aprel ayının 8-dək müraciətinizi ünvanlamağa tələsin.
Qeyd edək ki, test mərhələsinə qatılmaq üçün platformaya kompüterdən daxil olmaq lazımdır. Hackerrankın artıq istifadəçisi olan şəxslərdən platformaya istifadəçi məlumatları ilə daxil olmaq xahiş olunur. Platformadan ilk dəfə istifadə edən şəxslərdən səhifənin sonunda yerləşən formanı dolduraraq qeydiyyatdan keçmək tələb edilir.

Hackerrank platformasına bu səhifədən https://lnkd.in/eAF5B_Nm keçid etmək mümkündür. Qeydiyyat forumu səhifənin sonunda yerləşdirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Temperatures in Baku to reach 35C on July 3
İqtisadiyyat 15:30
Temperatures in Baku to reach 35C on July 3
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol