Yaponiyada hərbi helikopter radarlardan yoxa çıxdı
Yaponiyada hərbi helikopter radarlardan itib.
Bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamaya görə, Quru Özünümüdafiə Qüvvələrinə aid hərbi helikopter Okinava əyalətinin Miyakojima adasının 18 kilometr cənub-qərbində yerli vaxtla saat 16:30 radələrində radarlardan yoxa çıxıb.
Quru Özünümüdafiə Qüvvələrinin Kumamoto əyalətindəki Takayubaru hərbi bazasına məxsus "UH-60JA” tipli çoxməqsədli helikopterdə 2 pilot, 2 texniki işçi və 6 şəxsi heyət olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox