Litva qeyri-qanuni miqrasiyaya görə Belarusdan 120 milyon avro təzminat tələb edir
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Belarusu bir çox bölgələrdən minlərlə insanın qeyri-qanuni miqrasiyasının təşkilində ittiham edərək, 120 milyon avro təzminat tələb edib.
Bu barədə Twitter hesabından verdiyi açıqlamada o bildirib ki, hüquqi proses Litvanın ədliyyə naziri Evelina Dobrovolska tərəfindən başladılıb.
Dobrovolska həmçinin Twitter hesabında bildirib ki, 2021-ci ildən Belarusdan Litvaya keçib Avropa İttifaqına (Aİ) daxil olmaq istəyən qeyri-qanuni miqrantların sayı artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox