• $
  • £

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır!

Azercell Samsung istifadəçilərinə 5G-nin sürətini sınamağa imkan yaradır!
07.04.2023 10:38
Lider mobil operator Samsung smartfonları üçün eksklüziv  5G lisenziyasını əldə edən ilk yerli mobil operator oldu

Bu gündən etibarən Azercell abunəçiləri Fəvvarələr Meydanı boyu Samsung S22 seriyalı smartfonlarında da 5G texnologiyasını sınaqdan keçirə bilərlər. Belə ki, aprel ayının 6-dan başlayaraq  "Samsung Azərbaycan”  lider mobil operator ilə birgə əməkdaşlıqda bu smartfon modelləri üçün 5G dəstəkli proqram təminatını istifadəyə verir.

Azercell abunəçiləri hər hansı əlavə ödəniş etmədən telefonlarının ekranlarında *595#YES yığmaqla mövcud internet trafikləri çərçivəsində 5G sürətini test ərazisində sınaqdan keçirə bilərlər. Əlavə olaraq, 5G-ni ilk dəfə sınaqdan keçirən abunəçilərin nömrələrinə 24 saat ərzində  5GB həcmində internet paket də hədiyyə ediləcək. Hədiyyəlik internet paket 30 gün ərzində qüvvədə olacaq. 

Qeyd edək ki, Azercell ölkədə ilk 5G şəbəkəsini sınaq rejimində ötən ilin dekabr ayında təqdim edib. Bununla da mobil operator yeni texnologiyaları abunəçiləri üçün əlçatan etmək üzrə bazarda liderliyi qoruyub. Beşinci nəsil simsiz rabitə şəbəkəsi 1Gb/s.-ə qədər daha yüksək yükləmə sürəti, ultra-aşağı ləngimə, daha yüksək etibarlılıq, geniş şəbəkə tutumu və daha mükəmməl istifadəçi təcrübəsini təmin edir. 

Hazırda 5G şəbəkəsi öz tətbiqini daha çox böyük sənaye şirkətlərində taparaq avadanlıqların uzaqdan idarə edilməsi, məsafədən asılı olmayaraq məlumat bazasına ani giriş imkanının təqdim edilməsi üçün istifadə edilir. 5G yerli biznes və sənayelərdə innovativ həllərin sayını mühüm dərəcədə artırmaqla yanaşı, ucdan-uca müştəri təcrübəsi üçün də daha geniş imkanlar yaradacaq. 

5G texnologiyasının istehlakçı seqmentində uğurlu tətbiqi  üçün imkanlara gəldikdə isə, onlar dünya miqyasında araşdırılır. Bu texnologiyanın təqdim etdiyi sərhədsiz imkanlar əsasında istifadəçilər üçün perspektivli və innovativ həllər hazırlanır.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Temperatures in Baku to reach 35C on July 3
İqtisadiyyat 15:30
Temperatures in Baku to reach 35C on July 3
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
İqtisadiyyat 14:29
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
İqtisadiyyat 11:35
Azərbaycan sərt enerji tənzimləmələrinin təchizat təhlükəsizliyinə risk yaratdığını bildirir
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb
İqtisadiyyat 10:45
Yelo Bank Azərbaycan Sahibkarlar Konfederasiyasının fəxri fərmanına layiq görülüb

Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 73 dollardan aşağı düşüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neft yenidən ucuzlaşır
İqtisadiyyat 09:40
Dünya bazarlarında neft yenidən ucuzlaşır
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İqtisadiyyat 09:28
Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol