Laçın dəhlizindən 12 xəstə Ermənistana aparılıb
Aprelin 7-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Qarabağda onkoloji xəstəlikləri və ürək-damar sistemi xəstəlikləri olan 12 xəstə Laçın dəhlizi ilə Ermənistana aparılıb. Bu barədə Ermənistan mətbuatı yazıb.
Müalicə üçün Ermənistana göndərilən 9 xəstə müşayiətçiləri ilə birlikdə Qarabağa qayıdıb.
Bu günə qədər Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 276 xəstə Qarabağdan Ermənistana aparılıb.
Dekabrın 12-dən başlayaraq bir qrup azərbaycanlı ekoloq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə etiraz aksiyası keçirir. Həmin müddətdə Qarabağın erməni əhalisi də azərbaycanlı ekoloqlara cavab olaraq iki etiraz aksiyası təşkil ediblər. Onların aksiya keçirməsinin əsas səbəbi Laçın dəhlizinin bağlı olması, əhalinin ərzaq, yanacaq və digər ehtiyaclardan məhrum edilməsi göstərilib.
Bu müddətdə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı yolu açmağa çağırıb.
Azərbaycan hökuməti "Laçın dəhlizi”nin Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğunu vurğulayaraq, Ermənistanın iddialarını təkzib edib.
Rəsmi Bakı bildirib ki, Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə keçirilən aksiya siyasi deyil, ekoloji məqsəd daşıyır və Azərbaycan tərəfi həmin ərazilərdə yaşayan erməni əhalisinə istənilən dəstəyi göstərməyə hazırdır.
Rəsmi Bakı dəhliz ilə humanitar yüklərin daşındığını da vurğulayıb.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox